"Sizin demokratiyanızı görürük, axmaq deyilik"
Siyasət
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ni ölkəsi haqqında kifayət qədər məlumatı olmamaqda ittiham edib.
News24.az xəbər verir ki, Nilsenin açıqlamaları Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına cavab olaraq qiymətləndirilib.
“Biz sizin demokratiyanızı görürük, axmaq deyilik", - deyə Nilsen bildirib.
Fransa Prezidenti Emmanuel Makron da məsələnin Avropa üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Qrenlandiya Arktikada strateji mövqeyi və təbii resursları ilə qlobal diqqət mərkəzində olduğunu deyib.