İstanbul danışıqlarında Moskva və Kiyev hansı qərarları verəcək? - Politoloq AÇIQLADI

İstanbul danışıqlarında Moskva və Kiyev hansı qərarları verəcək? - Politoloq AÇIQLADI Siyasət
Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Türkiyənin İstanbul şəhərinə gəliblər, onlar Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə danışıqlar aparırlar.

News24.az
görüşün mahiyyəti ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, müharibədə bütün iştirakçı tərəflər öz münasibətlərini tənzimləməlidir: "Ukrayna-Rusiya qarşıdurması özünəməxsus, unikal bir böhrandır. Zənnimcə, müasir dövrdə bu böhranın oxşarını görməyəcəyik. Atəşkəs olmayacağı təqdirdə heç bir sülh danışıqlarında irəliləyiş əldə oluna bilməz. Moskva və Kiyev bir-birlərini eşitməlidir. Ukraynanın ərazisində bir neçə qaynar nöqtə var. Döyüşlər gedir, raketlər atılır, insanlar həlak olur. Buna görə də Türkiyənin özünün qayəsi ondan ibarətdir ki, atəşkəs tezliklə əldə olunsun. Atəşkəs razılaşdırıldıqdan sonra qaranlıq qalan suallara cavablar tapıla bilər. Təbii ki, bu, qısa müddətdə reallaşan bir hadisə olmayacaq. Çünki sualların sayı çoxdur və baxışlar təzadlıdır. Məsələnin həlli üçün tərəflər ən əsası dözümlülük nümayiş etdirməlidir. Həm Rusiya, həm də Ukrayna öz münasibətlərini bildirməli, yavaş-yavaş ortaq məxrəc tapmalıdırlar. Hesab edirəm ki, gərginlik uzun çəkəcək. Problemin əvvəli var, ancaq sonu hələ ki, görünmür".

Siyasət şöbəsi