Paşinyan sülh istəyir, - bəs, erməni müxalifətinin ABŞ-da pul qazanan müttəfiqləri?
Siyasət
“Sabah bütün diqqət Brüsseldə - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında baş tutacaq görüşdə olacaq. Aydındır ki, heç kim görüşün nəticəsinin nə olacağını bilmir. Çünki bu, dialoqdur və nəticə hər bir liderin bu danışıqlara hazır olmasından asılıdır”.
Bunu News24.az-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondu İdarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Sabiq diplomat Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı “Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına yönəlmiş sülh gündəliyinə sadiqdir və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı kimi onun imzalanmasını dəstəkləyir” sözlərinə diqqət çəkib.
Brayza əlavə edib ki, Ermənistanın baş naziri də sülh danışıqlarında irəliləyiş olduğunu söyləyib: “Hər bir lider öz həmkarından güzəşt istəyəcək və hər bir belə güzəşt liderdən bunun əvəzini öz güzəşti ilə ödəməyi tələb edir. Ona görə də hazırda masada olan məsələlərin durumunu, nə olacağını, hansı nəticələrin ola biləcəyini təxmin edə bilmirəm. Lakin həqiqətən yaxşı haldır ki, liderlər ABŞ Dövlət katibi Antoni Blinken kimi effektiv vasitəçi olmuş Şarl Mişellə yenidən görüşəcəklər”.
Metyu Brayza qeyd edib ki, Nikol Paşinyanın danışıqlarda irəliləyiş olduğunu söyləməsi açıq-aydın ümidverici haldır: “Xarici işlər nazirləri may ayında Vaşinqtonda görüşən zaman Dövlət katibi Antoni Blinken bildirib ki, irəliləyiş var və tərəflər xoşməramlılıq nümayiş etdirsələr, sülh razılaşması əldə oluna bilər”.
O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev şübhəsiz ki, xoşməramlılıq və sülh sazişinə sadiqlik nümayiş etdirməkdə davam edir: “Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu, çox müsbət haldır. Lakin Ermənistanda qeyri-populyar hadisədir. Beləliklə, məsələ həmişə ondan ibarətdir ki, Paşinyan sadəcə sülh sazişini istəməyən erməni siyasətinin müxalif qüvvələrinə qarşı duracaq qədər güclüdürmü və bu müxalif qüvvələr və onların Amerikadakı erməni diasporundakı müttəfiqləri Amerikanın Erməni Milli Komitəsi şəklində Azərbaycan-Ermənistan münaqişəsini dəstəkləyərək öz pullarını qazanırlar. Paşinyan hazırda sülhə sadiqlik nümayiş etdirir. Buna görə də ümid edirəm ki, liderlər növbəti görüşdə daha da irəliləyiş əldə edəcəklər”.
Akqabay Mıradov