"Sülhə doğru gedirik, başqa yol yoxdur" - Simonyan

"Sülhə doğru gedirik, başqa yol yoxdur" - Simonyan Siyasət

“Biz sülhə doğru gedirik. Sülhdən başqa yol yoxdur”.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Bir daha təkrarlayıram, istisna etmirəm ki, vaxt keçəcək və azərbaycanlılar gəlib Ermənistanda yaşayacaq, ermənilər çıxıb Azərbaycanda yaşayacaq. Onlar bir-biri ilə ticarət edəcək. Bəli, biz sülhə doğru gedirik, sülhdən başqa yol yoxdur. Bir-birimizlə konfliktdə olduğumuz və bunun həll olunmayan problem olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”.

 Ayşən