"Sülhün bərqərarı üçün əlimizdən gələni etməyə hazırıq"
Siyasət
"Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərarı üçün əlimizdən gələni etməyə hazırıq".
News24.az-ın xəbərinə görə, sitat gətirilən fikirlər Türkiyənin xarici işlər naziri Hakana məxsusdur.
O vurğulayıb ki, sülh danışıqlarının hazırkı mərhələsi barədə həm nazir Ceyhun Bayramov, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edilib:
"Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem mövcud deyil".
Fərid Azəri