Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib Siyasət
 "Luxe Home" MTK Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

12 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK əsassız hesablanmış vergi faizinin ləğv edilməsi və s. barədə tələb irəli sürüb.


Məhkəmə iddianı təmin edib.


Qərardan narazı qalan VN-nin departamenti apellyasiya şikayəti verib.


Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.


Qeyd edək ki, "Luxe Home" MTK Azərbaycanda tanınmış çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkərlərdən biridir.

//“Report”