Təəssüf ki, bu gün də haqsızlıqlarla üz-üzəyik - Deputat
Siyasət
Bu gün təəssüflər olsun ki, təcavüzə məruz qalan deyil, təcavüzkar dövlətlər dəstəklənir.
News24.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov bildirib.
O əlavə edib ki, 30 il ərzində Azərbaycan bunu hiss edib.
"Azərbaycan bütün haqsızlıq və ədalətsizliklərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərə bilib. Bunun nəticəsində biz öz möhtəşəm qələbimizi təmin edə bilmişik. Təəssüf ki, bu gün də haqsızlıqlarla üz-üzəyik. Buna baxmayaraq qarşımızda olduqca ciddi missiyalar və hədəflər dayanır. Azərbaycan bu missiyaların öhdəsindən layiqincə gələcək. 2020-ci ildə əldə olunan qələbənin səbəbkarı Prezident İlham Əliyevdir. Yeni seçkilərlə bağlı qərarın qəbul edilməsi dövlət başçısının müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Qarşıda bizi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm qələbələr gözləməkdədir", - deyə o qeyd edib.
Fərid Azəri