"Tək İrəvana yox, digər ərazilərə də qayıtmaq bizim hüququmuzdur". - DEPUTAT
Siyasət
Qarabağdakı ermənilər artıq reallığı anlayır. Son dövrlər onlar tərəfdən rəsmi Bakı ilə dialoqa hazır olmaları barədə fikirlərin səslənməsi bunu deməyə əsas verir. Qondarma rejim rəhbərlərinin hökumətimizlə dialoqa hazır olmaları barədəki silsilə açıqlamaları həm separatçılarda həqiqət anlayışının inkişafı, həm də onların küncə sıxışdırıldığının bariz nümunəsidir.
Belə ki, separatçıların müvəqqəti səlahiyyət sahiblərindən biri David Babayan son müsahibəsində düşdükləri ağır vəziyyəti nəzərə alaraq, rəsmi Bakı ilə dialoqa hazır olduğunu bildirib.
"Lakin danışıqlar nəticəyönümlü olmalıdır. Əks halda düşdüyümüz vəziyyət daha ağır olacaq".
D. Babayan Ermənistan hakimiyyətindən gileylənib və bildirib ki, onların laqeyd yanaşması təkcə Qarabağ ermənilərinə deyil, həm də bütövlükdə Ermənistana fəlakət gətirəcək.

Onun bəyanatını News24.az-a şərh edən Milli Məclisin üzvü Musa Quliyev bildirdi ki, davidbabayankimilər Azərbaycanla danışıqlar masasına oturacaq statusa və potensiala malik deyil:
"Qarabağ ermənilərinin radikal separatçı cinahına mənsub olan David Babayanın Azərbaycanla danışıqlara razı olması da heç nəyi dəyişmir. qeyri-qanuni silahlı birləşmələrin başçılarından olan bu adamla danışmaq mənasızdır. Qarabağ ermənilərinin əksəriyyəti mövcud reallığı anlayır. Orada vəziyyət normal deyil. Bu səbəbdən də Azərbaycan vətəndaşlığını qəbul edərək, qanun çərçivəsində yaşamaq istəyənlər fikirlərini açıq ifadə etməkdən çəkinir. İki ay əvvəl Azərbaycanın Qarabağ erməniləri ilə danışıq formatı çərçivəsində hər iki tərəfin Onlar Rusiya sülhməramlılarının iştirakı ilə Xocalıda görüşü oldu. Növbəti mərhələnin Bakıda keçirilməsi razılaşdırılsa da ermənilər bundan imtina etdi. Babayanın müsahibəsi hazırda Yevlaxda nəzərdə tutulan görüşü pozmağa yönəlib".
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarına tam təminat verib:
"Digər tərəfdən rəsmi şəkildə bəyan edilib ki, Ağdam-Xankəndi yolu vasitəsilə onlara yardım göstərməyə hazırıq. Saxta müşavir vaxtilə Ermənistandan deportasiya edilən azərbaycanlıların öz torpaqlarına qayıtmaq istəyindən narahatlığını gizlətməyib".
Musa Quliyev güman edir ki, Ermənistan hakimiyyətinin təzyiqləri onların konstruktiv məcraya yönəlməsinə mane olur.
Onun sözlərinə görə, tarixi ərazilərimizə qayıtmaq soydaşlarımızın beynəlxalq səviyyədə tanınan hüququdur:
"Babayan azərbaycanlıların İrəvana qayıtmaq istədiyi barədə müəyyən fikirlər səsləndirib. Tək İrəvana yox, digər ərazilərə də qayıtmaq bizim hüququmuzdur. Onlar başa düşməlidir ki, bu məsələ uzandıqca ölkəmiz daha sərt mövqe nümayiş etdirəcək. Çünki Azərbaycan məsələni hərb yolu ilə həll edən qalib dövlətdir. Bir də ki, hərbi terminologiyada sülhə məcburetmə adlı termin var. Ehtiyac olarsa biz bundan da istifadə edəcəyik".
Milli Məclisin üzvü onu da vurğuladı ki, qarşı tərəf üzərinə düşən məsələlərin həllini qəsdən uzatdıqca sülh tərəfdarı olan Azərbaycan daha sərt ritorika nümayiş etdirməyə vadar olacaq. Burada söhbət beynəlxalq praktikada tətbiq olunan sülhə məcburetmə əməliyyatından gedir.
Fərid Azəri