“Terrorçularla mübarizə milli maraqlarımızın elementlərindəndir”.
Siyasət
“Terrorçularla mübarizə milli maraqlarımızın elementlərindən biridir”.
News24.az xəbər verir ki, bunu millət vəkili Səməd Seyidov deyib.
“Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsinə münasibət bildirən deputat söyləyib ki, ölkəmiz daim insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də terrorçuluqla mübarizəni prioritet seçib:
“Bu konvensiyaya qoşulmaqla, biz terrorçuluğa mübarizə sahəsindəki tədbirlərə sadiqliyimizi nümayiş etdirməliyik. Bu nöqteyi-nəzərdən sözü gedən konvensiya milli maraqlarımıza tam uyğundur. Azərbaycan bir müddət əvvəl ölüm hökmünün ləğvinə dəstək verən 13, habelə 17 nömrəli protokolları imzalamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə yanaşmasını göstərib. Bu səbəbdən də hesab edirəm ki, biz sözü gedən protokolu ratifikasiya etməliyik”.
Fərid Azəri