Trampdan qorxmadığını dedi

Trampdan qorxmadığını dedi Dünya

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan qorxmadığını və onların son görüşü zamanı mübahisə yaşandığına dair xəbərləri təkzib edib.

News24.az xəbər verir ki, Zelenski bu barədə “The Guardian” nəşrinə verdiyi müsahibəsində danışıb.

Zelenski Trampla münasibətlərinin normal, işgüzar və konstruktiv səviyyədə olduğunu deyib. O, digər Qərb liderlərindən fərqli olaraq Donald Trampdan qorxmadığını bildirib.

Zelenski vurğulayıb ki, Böyük Britaniya kralı III Karl ona Tramp ilə münasibət qurmaqda kömək edib.

Ukrayna prezidentinin sözlərinə görə, Amerika lideri kralı hörmətlə qarşılayır və onu çox vacib şəxs hesab edir.

Qeyd edək ki, oktyabr ayında Ağ Evdə Tramp və Zelenski arasında baş tutan görüşdən sonra “The Financial Times” nəşri ABŞ liderinin görüş zamanı əsəbiləşib və bir anda Ukraynadakı cəbhə xəritələrini stolun üzərindən yerə atdığını yazıb.