"Türkiyə-Azərbaycan dostluğu Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir" - Cahit Bağcı

"Türkiyə-Azərbaycan dostluğu Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir" - Cahit Bağcı Siyasət

"Heydər Əliyevin Türkiyə ilə inkişaf etdirdiyi siyasət bu gün Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla ən yüksək səviyyəyə qaldırılıb".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Cahit Bağcının sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya nümunədir:

"Ümummilli lider, qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyev dövlət quruculuğu ilə, siyasəti ilə, mədəniyyət, sənət, elm və təhsil siyasəti, eyni zamanda aqrar sahədə həyata keçirdiyi siyasəti ilə həqiqətən uzaq görən lider olduğunu təsdiqləyir. Şübhəsiz ki, Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın işğaldan azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Düşünürəm ki, bu gün, şübhəsiz ki, Heydər Əliyev Qarabağın azad edilməsinin sevincini yaşayır. Bugünkü Türkiyə-Azərbaycan dostluğu da Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin Türkiyə ilə inkişaf etdirdiyi siyasət Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla ən yüksək səviyyəyə qaldırılıb. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya nümunədir. Biz bu münasibətləri Heydər Əliyevdən miras almışıq və  yaşatmaq əzmi ilə çalışırıq. Bir daha Heydər Əliyevi anır, ruhu şad olsun deyirik". 

Fərid Azəri