Üçtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub - Nazir

Üçtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub - Nazir Siyasət

“Bu günkü görüşümüzdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da iştirakımız ilə bağlı geniş fikir mübadiləsi apardıq”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın aylarda üçtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub:

 “2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyyəmiz 7 milyarda yaxınlaşıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 20, Türkiyə isə Azərbaycana 15 milyard ABŞ dolları investisiya yatırıb. Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik. Bu danışıqlarda mina təhlükəsi ilə bağlı məsələni də müzakirə etmişik".

Fərid Azəri