"Ukrayna bir neçə ay tab gətirə biləcək" - VİDEO

"Ukrayna bir neçə ay tab gətirə biləcək" - VİDEO Siyasət

"Müharibə başlayanda çoxu deyirdi ki, Ukrayna bir neçə gün, bəlkə də bir neçə ay tab gətirə biləcək".

News24.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

O ölkəsinin dünyanın ikinci ən güclü ordusuna qarşı mübarizə apardığnı xatırladıb:

"Biz onlara təkcə müqavimət göstərmirik, həm də bir neçə istiqamətdə hücuma da keçmişik. Bunun nəticəsində bəzi ərazilərimizi azad etməyə nail olmuşuq. Ona görə də mən əminəm ki, bir müddət sonra biz də Azərbaycan xalqı kimi qələbə sevincini yaşayacağıq və ərazi bütövlüyümüzü və müstəqilliyimizi bərpa edəcəyik".

Fərid Azəri