Ukraynaya hərbi yardım dayandırılır? - VİDEO

Ukraynaya hərbi yardım dayandırılır? - VİDEO Siyasət

“Konqres Ukraynaya maliyyə yardımını təsdiqləməsə dekabrın 30-dan sonra bu ölkəyə pul ayrılmayacaq”.

RTV-nin xəbərinə görə, sözü gedən müddəa Pentaqon rəhbərinin müavini Maykl Makkordun sərəncamında yer alıb.  

Sənəddə o da bildirilib ki, hazırda hərbi məqsədlər üçün nəzərdə tutulan büdcədə 1,07 (bir tam yüzdə yeddi) milyard dollar qalıb. Bu vəsait isə ABŞ ordusunun silah arsenalını yeniləməyə sərf olunacaq. 

Qeyd edək ki, oktyabrda Dövlət Departamenti Konqresdən Ukraynaya dəstək üçün 106 milyard dollar istəsə də, bu təklif üzrə qərar hələ verilməyib. Əsas səbəb isə Nümayəndələr Palatasındakı bəzi respublikaçıların sənədin əleyhinə çıxması olub. 

Fərid