"Vardanyan istifadə olunmuş siyasi fiqurdur" - İqor Korotçenko
Siyasət
“Ruben Vardanyan siyasət oyunu oynayan səmərəsiz fiqurdur”.
News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında “Национальная Оборона” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
O deyib ki, sözü gedən şəxs Kremlin yox, Ermənistanla Fransanın maraq dairəsindədir:
“Vardanyan istifadə olunmuş siyasi fiqurdur. Hazırda Rusiya Federasiyasının onunla heç bir əlaqəsi yoxdur. Çox güman ki, o böyük ehtimalla Ermənistan, Fransa və ya başqa dövlətin nəzarəti altındadır. Onun Qarabağdakı hadisələrə təsir imkanları bir o qədər də çox deyil ki, hansısa tendensiyaları müəyyən etsin. Bəli, o dollar milyarderi və Ermənistanın beynəlxalq strukturları və diasporunda çoxsaylı əlaqələri olan şəxsdir. Lakin o heç bir məsələni həll edə bilməyəcək. Ona görə ki, Vardanyan layihəsi əvvəldən uğursuz və ictimaiyyətə qapalı idi. Hazırda isə o siyasət oyunu oynayan səmərəsiz bir fərdi sahibkardır”.
Fərid Azəri