"Vardanyan Qarabağdan getmək istəmir, Paşinyan isə..."

"Vardanyan Qarabağdan getmək istəmir, Paşinyan isə..." Siyasət
"Qarabağ erməniləri arasında mübarizə davam etməkdədir". 

Bu sözləri News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Vardanyanla bağlı Azərbaycanın qəti mövqeyi onun getməsinə gətirib çıxartdı:

"Həm Arayik Arutyunyanın, həm də Paşinyanın komandası Vardanyana "sən getməlisən" ifadəsini işlədiblər. Yəni, Vardanyan özbaşına bura gəlmədiyindən, hazırda onun tam gedişi ilə bağlı məlumat yoxdur. Ola bilsin ki, yaxın vaxtlarda biz bununla yaxşı xəbəri eşidək. Düşünmürəm ki, Nikol Paşinyan bütövlükdə Qarabağın dağlıq hissəsindəki erməniləri ələ ala biləcək. Düşünürəm ki, ümumiyyətlə Qarabağın dağlıq hissəsindəki çağırışlar birbaşa olaraq Azərbaycan və Rusiya arasında dialoqdan asılı olacaq. Hətta, bizim Göyçə, Qərbi Zəngəzur məsələsi də Azərbayacn-Rusiya arasındakı dialoqdan asılı məqam olacaq".

Aynurə FATEH