Xəritələr razılaşdırılıb: - bu ərazi geri qaytarılır?
Siyasət
“Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sonuncu görüşündə bildirildi ki, delimitasiya və demarkasiya prossesinin konkret hansı xəritələr əsasında aparılacağı müəyyən edilib. Belə bir fikir Şarl Mişelin bəyanatında öz əksini tapıb. İndiyədək Ermənistan tərəfi 1975-ci ilin topoqrafik xəritələrini ön plana çəkirdi. Azərbaycan isə bununla razılaşmardı”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, hesab edir ki, söhbət Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərin xəritələrindən gedir.

“Bunlar 2023-cü ilə qədər olan xəritələrdir. Ermənistanın buna razılıq verəcəyi bir qədər çətin olacaq. Sadəcə olaraq ictimai rəy üçün həm bu ilə qədər olan xəritələri ortaya çıxarmaq və o zamanki vəziyyəti dünya ictimai rəyinə və beynəlxalq ictimai rəyinə çatdırmaq mümkün olar. Lakin söhbət qarşılıqlı sərhədlərdən, 1991-ci il Alma-Ata bəyannəməsinin qəbul edilməsindən gedirsə, 1983-cü ildə Qazax rayonunda olan əkin və biçənək sahələri Ermənistana verilib 1975-ə qədər olan xəritələrlə də sərhədlərin müəyyənləşməsində istifadə etmək olar. Bu şərtlə ki, yalnız anklavlarla yox, Ermənistana peşkəş edilmiş 4 min hektardan çox yararlı əkin və biçin sahələri Azərbaycana qaytarılsın”, - politoloq qeyd edib.
Arzu