XİN: “Azərbaycan Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməkdə davam edir”
Siyasət
“Azərbaycan qonşusu və tərəfdaşı olan Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməkdə davam edir”.
News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Bildirilib ki, Rəsmi Bakı Gürcüstandakı münaqişənin dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllini tam dəstəkləyir.