Zakir Həsənov "Ana harayı" abidəsini ziyarət etdi - VİDEO
Siyasət
Fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.