Zelenskiyə KRİTİK SUAL: - 10 yaşlı oğlunu cəbhəyə göndərməyə hazırsan?

Zelenskiyə KRİTİK SUAL: - 10 yaşlı oğlunu cəbhəyə göndərməyə hazırsan? Siyasət
Jurnalist Pol Ronşeymer Ukrayna prezidenti Vladimir Zelenskiyə 10 yaşlı oğlunu cəbhəyə göndərməyə hazır olub-olmadığı ilə bağlı sual verib.

News24.az xəbər verir ki, müsahibə "Bild" Yotube kanalında yayımlanıb.

“Bu gün Ukraynada olan hər kəs öz cəbhəsində vuruşur”, - deyə dövlət başçısı cavab verib. O, həmçinin əlavə edib ki, ölkəyə mərmi atılır və Rusiya Kaxovka Su Elektrik Stansiyasını (SES) dağıdıb.

"Ölkəmiz müharibə şəaritindədir və Ukraynanı tərk etməyən hər kəs əslində cəbhədədir: həkimlər, elektriklər və övladları. Oğlumun hazırda 10 yaşı var və o Ukraynadan kənara çıxmadı, xaricdə də ola bilərdi, lakin bunu etmədi".

Qeyd edək ki, Zelenski iyunun 7-də Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücum cədvəlinin təsdiq edildiyini açıqlayıb.

“Biz qoşunlarımızın hərəkətinə başlamaq üçün qrafiki təsdiqləmişik, qərarlar qəbul edilib”, - deyə bildirib.