1 aya necə boşanmaq olar? - Vəkildən AÇIQLAMA
Sosial
"Ümumiyyətlə, Azərbaycanda məcburi nikah yoxdur".
Bunu News24.az-a açıqlamasında vəkil Esmira Rzayeva deyib.
Vəkil, istər qarşılıqlı olsun, istərsə qarşılıqsız məhkəmənin boşanmaq üçün maksimum 3 ay vaxt verdiyini bildirib:
"Qarşı tərəf razı olsa da, olmasa da məhkəmə qətnaməsi çıxır və nikah ləğv olunur. Bildiyiniz kimi, tərəflər məhkəmədən öncə mediasiya prosesindən keçməlidir. Əgər, tərəflər qarşılıqlı razışlamaya gəlib, barışıq sazişi imzalanarsa, 1 ay müddətində məhkəmə onları boşayır. Tərəflər barışıq sazişi və iddia ərizəsi ilə bərabər məhkəməyə müraciət edərək, müddətin uzadılmamasını xahiş edirlər".
O, bunların hər birinin hüquqi prosedur olduğunu, iddia ərizəsi yazmaq üçün kömək lazım olduğunu deyib:
"Tərəflər iddia ərizəsini yazmaq üçün internetdə axtarış edərək ya özləri yazırlar, ya hansısa bir hüquqşunasa müraciət edərək, ya da vəkil tutaraq yazdırırlar. Onu da qeyd edim ki, məhkəmədə vəkilsiz təmsil oluna və özləri çıxış edə bilərlər".
Günel Məlikzadə