1-ci sinfə qəbul başlayır – Tarix açıqlandı

1-ci sinfə qəbul başlayır – Tarix açıqlandı Sosial

Hər il olduğu kimi, bu il də may ayının əvvəlindən 1-ci sinfə şagird qəbulu prosesinə start veriləcək. Qeydiyyat 1–6 may tarixlərini əhatə edəcək.

News24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.

O bidirib ki, məktəbəhazırlıq qruplarında təhsil alan 90 minə yaxın şagird 1-ci sinfə birbaşa keçid alacaq.

"Müsabiqə isə təhsilini digər dillərdə almaq istəyən şagirdlər üçün nəzərdə tutulub", - deyə Eşqi Bağırov qeyd edib.