​Lənkəranda sexdə sənədləri şübhə yaradan oduncaq AŞKARLANDI
    • 26-12-2019, 11:11
    • 1 981

​Lənkəranda sexdə sənədləri şübhə yaradan oduncaq AŞKARLANDI

Lənkəranda sexdə sənədləri şübhə yaradan oduncaq aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Lənkəran rayonu ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 4 m3 həcmində işlik oduncaq aşkar edilib.

Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov  jurnalistlərə bildirib ki, işlik oduncağın əldə edilmə mənbələrini müəyyənləşdirmək və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma aparılır. Araşdırma başa çatanadək oduncaq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına daşınıb.