400 abonent - QAZSIZ QALDI - SƏBƏB

400 abonent - QAZSIZ QALDI - SƏBƏB Sosial
Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

“Azəriqaz” İB-dən News24.az-a verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəttin bərpası istiqamətində işlər aparılır.