İlon Mask haqqında sənədli filmdən ilk tizer yayımlandı

İlon Mask haqqında sənədli filmdən ilk tizer yayımlandı Dünya

Rejissor Aleks Gibninin İlon Mask haqqında çəkdiyi sənədli filmin ilk tizeri yayımlanıb. Kadrlarda milyarderin fəaliyyəti ilə yanaşı, onun şəxsiyyətinə münasibətin də olduqca ziddiyyətli olduğu göstərilir.

News24.az xəbər verir ki, tizerdə Mask həm tarixin ən böyük kapitalisti, həm də faşist kimi xarakterizə olunur. Eyni zamanda, "SpaceX"in uğursuz raket buraxılışları və partlayış görüntüləri nümayiş etdirilir. Filmin yaradıcıları Maskın “Yer kürəsinin ən nəzarətsiz insanı” olduğunu bildirərək onun haqqında sərt və kompromissiz portret təqdim etməyi hədəfləyirlər.

“Musk” adlı filmin premyerası Venesiya Beynəlxalq Film Festivalında keçirilib. Mask özü isə ekran işini tənqid edərək onu özünə qarşı “hücum” adlandırıb və filmin təxminən dörd saat davam etməsini istehza ilə şərh edib.

“Musk” oktyabrın 16-dan bəzi kinoteatrlarda nümayiş olunacaq.