İnsanlar ən çox bu xəstəliklər üçün sığortaya müraciət edir
Sosial
Cari ilin ilk 9 ayında icbari tibbi sığorta çərçivəsində əhaliyə ən çox ümumi tibbi müayinə, endokrin, qan dövranı, sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı tibbi xidmət göstərilib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib.
Qeyd edək ki, 9 ayda icbari tibbi sığorta ilə pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib.