Abituriyentlərin nəzərinə: Bu universitetə az balla qəbul ola bilərsiz

Abituriyentlərin nəzərinə: Bu universitetə az balla qəbul ola bilərsiz Sosial

Minimum 400 balla Türkiyə-Azərbaycan Universitetinə ixtisasdan asılı olaraq qəbul olmaq mümkündür.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetinin tədris şöbəsinin müdiri Günel Teymurova Türkiyə-Azərbaycan Universitetində jurnalistlər üçün təşkil olunan infotur zamanı deyib.

Onun sözlərinə görə, adı çəkilən universitetdə tədris sırf ingilis dilində aparılır:

"Cari tədris ili üzrə artıq üniversitetə qəbul olunan tələbələrin sayı 92-yə çatıb. Ötən il isə bu say 82 idi. Ümumilikdə isə universitetdə 174 tələbə təhsil alır".

Günel Teymurova qeyd edib ki, cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi üzrə ən yüksək bal 674.3 olub:

"Sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasında ən yüksək bal 553.6 olub".a