Ağamirzədən Orxan Lökbatanlının "ölümünə" REAKSİYA
Sosial
“2 gün əvvəl danışmışdım, səhhəti normal idi”.
Bu sözləri News24.az-a açıqlamasında meyxanaçı Orxan Lökbatanlının vəfatı ilə bağlı danışan həmkarı Ağamirzə Məmmədov deyib.
O bildirib ki, Orxanla sonuncu dəfə iki gün əvvəl əlaqə saxlayıb və həmin vaxt onun vəziyyəti ilə bağlı hər hansı ciddi narahatlıq müşahidə etməyib:
“Telefonla danışdıq, səsi də yaxşı gəlirdi, səhhətindən şikayət etmirdi. Ona görə də bu xəbər məni çox sarsıtdı”.