Ağdamda su anbarında övladları ilə birlikdə batan şəxs şəhid övladı olub - YENİLƏNDİ

Ağdamda su anbarında övladları ilə birlikdə batan şəxs şəhid övladı olub - YENİLƏNDİ Sosial

Ağdamda su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladı olub.

News24.az-ın xəbərinə görə, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.

Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.

Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb. (Teleqraf)

**20:26

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Cinli kənd sakini Şərif İsgəndərov iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub.

News24.az övladları ilə bərabər faciəvi şəkildə həlak olan Şərifin fotosunu təqdim edir: (Qafqazinfo)

Ağdamda su anbarında övladları ilə birlikdə batan şəxs şəhid övladı olub - YENİLƏNDİ