Ağdamda ata və iki azyaşlı övladı su anbarında batdı
Hadisə
Ağdam rayonunda faciəli hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata görə, bir kişi iki azyaşlı övladı ilə birlikdə su anbarında çimən zaman batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.