"Şagird sayı az olan məktəblərlə bağlı çətinliklər var" - Nazir
Sosial
Ucqar kənd məktəblərinin birləşdirilməsi məsələsi hər il təhlil edilir və bu istiqamətdə işlər davam etdirilir.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, hazırda təhsilin daha səmərəli təşkili və keyfiyyətin artırılması məqsədilə müəyyən addımlar atılır:
“Xüsusilə şagird sayı az olan məktəblərdə müəllim təminatı ilə bağlı çətinliklər mövcuddur. Biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir. Şagird sayı az olan məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur”, – deyə nazir vurğulayıb.