Ali təhsilli qadınlar da zorakılığa məruz qalır - Şəbnəm Məmmədova
Sosial
Qadınların şiddət və zorakılığa məruz qalmaması üçün ali təhsilli olması məsələsinə toxunuruq. Ancaq kifayət qədər ali təhsilli olub zorakılığa məruz qalan qadınlar var. Ali təhsilli olmaq o demək deyil ki təhsilli qadınlar zorakılığa məruz qalmır. Ali təhsili olub şiddət göstərən də, şiddət görən insanlar da var.
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun əməkdaşı Şəbnəm Məmmədova deyib.
Onun sözlərinə görə, Azərbaycanda qapalı tipli təlim-tərbiyə müəssisəsi olsa da, açıq tipli təlim-tərbiyə müəssisəsi yoxdur:
"Azərbaycanda olan qapalı tipli təlim-tərbiyə müəssisəsi 2012-ci ildə bağlanıb. Biz bundan sonra "küçə uşaqları"nın sayında artım gördük.
Şəbnəm Məmmədova narkotik maddələrdən asılığı olan ailələrdə uşaqların saxlanılmasının yolverilməz olduğunu bildirib:
"Narkoman ailələrdə uşaqların saxlanılması yol verilməzdir. Prokurorluq dəfələrlə iddia qaldıraraq həmin ailələrdən uşaqları alıb sosial müəssisələrə yerləşdirmişik. Valideynlərin hüquqlarını müvəqqəti olaraq məhdudlaşdırmışıq. Ancaq təssüf ki, Prokurorluğun səlahiyyətlərini məhdudlaşdırırblar. Prokurorluğun bu yöndə səlahiyyətinin artırılması Milli Məclisdə müzakirə edilsin".
Qumral