Anar Məmmədli hakim qarşısına çıxarıldı

Anar Məmmədli hakim qarşısına çıxarıldı Sosial

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəəsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi Anar Məmmədlinin proses zamanı vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.

Cinayət işinin məhkəmə hazırliq iclası iyunun 2-dək təxirə salınıb.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev də həmin tarixdə saxlanilaraq eyni maddə ilə ilə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.