Artıq çəkidən xilas olmaq üçün - Bunları edin!

Artıq çəkidən xilas olmaq üçün - Bunları edin! Sosial

Metabolizm, başqa sözlə desək, maddələr mübadiləsinin sürətləndirilməsi artıq çəkidən xilas olmağın yollarından biridir.

News24.az “ntv.com.tr” saytına istinadla metabolizmi sürətləndirən qida və mayeləri təqdim edir:

Zəncəfil- yeyinti sənayesində ətirli ədviyyat kimi istifadə edilir. Müalicəvi əhəmiyyətə malik zəncəfil mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə-bağırsaq iltihabının və çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir. Zəncəfilli xörəklər və zəncəfil çayı xroniki mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər üçün çox faydalıdır.
Acı bibər-tərkibindəki kapsaisin maddəsi ona acılıq verməklə yanaşı, bədən istiliyini yüksəldərək iştahanın azalmasına və toxluq hissinin artmasına, metabolizmi sürətləndirərək daha çox kalori yandırmağa kömək edir.
Yaşıl çay- metabolizmi sürətləndirir, maddələr mübadiləsini, yağ və yağ turşularının sorulmasını və qlükozanın səviyyəsini tənzimləyir. Tərkibindəki polifenol maddəsi toxluq hissini təmin edən hormonu artırır. Kofeinin yüksək miqdarına malik yaşıl çayın gündə 2-3 fincan içilməsi orqanizmin daha çox işləməsinə və kalori yandırmasına kömək edir.
Sirkə-xörəklərə sirkə əlavə etməklə orqanizmdəki karbohidratların sorulmasını ləngitmək və qanda şəkərin ani tərəddüdünün qarşısını almaq olar. Uzun müddət tox qalmağı təmin edir.
Qəhvə-qəhvə tərkibindəki kofein sayəsində maddələr mübadiləsinin sürətlənməsinə və artıq yağların əriməsinə kömək edir. Xüsusilə, idmandan 15-20 dəqiqə əvvəl içilən bir fincan şəkərsiz qəhvə idman zamanı orqanizmi daha da fəallaşdırır.
Qara istiot-tərkibindəki alkoloidpiperin maddəsi metabolizmi sürətləndirir. Yeməklərdə istifadə edilməklə həzm prosesini yaxşılaşdırmaq və duzla birgə orqanizmə daxil olan sodanın miqdarını azaltmaq mümkündür.
Darçın- qan şəkərinin səviyyəsini tənzimləyir. Xüsusilə, onun südün üzərinə əlavə edilməsi uzun müddət toxluq hissi yaradır, maddələr mübadiləsini sürətləndirir.
Süd-orqanizmə gərəkli olan zülal, yağ və karbohidratları qəbul edin.