Attestatlar elektron formada veriləcək
Sosial
Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq.
News24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcək.
"Bu da 300 minə yaxın şagirdi əhatə edəcək", - deyə o qeyd edib.