Azərbaycanda daha bir QƏTL: oğul şüşə parçası ilə...

Azərbaycanda daha bir QƏTL: oğul şüşə parçası ilə... Sosial


İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.