Azərbaycanda şagird yerdəyişməsi prosesi elektronlaşdırılır

Azərbaycanda şagird yerdəyişməsi prosesi elektronlaşdırılır Sosial
Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.