Azərbaycanlı qadınların əcnəbilərlə evlənməsinə necə baxırsınız? - Sorğu/VİDEO

Azərbaycanlı qadınların əcnəbilərlə evlənməsinə necə baxırsınız? - Sorğu/VİDEO Sosial

Son illər Azərbaycanda xarici vətəndaşlarla bağlanan nikahların sayında artım müşahidə olunur. Qloballaşma, təhsil və iş imkanlarının genişlənməsi, eləcə də ölkələr arasında əlaqələrin güclənməsi fərqli vətəndaşlığı olan şəxslərlə izdivacları daha da artırıb. Bu tendensiya Azərbaycanda da özünü göstərir və hər il yüzlərlə vətəndaş xarici ölkə vətəndaşı ilə nikaha daxil olur.

News24.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halı qeydə alınıb.

Rəsmi statistikaya əsasən, qeydə alınan nikahlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər, 1127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.

Rəqəmlərdən aydın olur ki, azərbaycanlı qadınlarla müqayisədə kişilər daha çox əcnəbilərlə nikah bağlayıb.

Statistikaya görə onlar daha çox Rusiya Federasiyası vətəndaşı olan qadınlarla həyatını birləşdiriblər.

Xarici ilə nikah bağlayan azərbaycanlı xanımlar isə daha çox Türkiyə vətəndaşı olan kişilərlə evləniblər.

Maraqlıdır, bəs xarici vətəndaşlarla nikahların artmasına insanlarımızın münasibəti necədir? Onlar əcnəbilərlə izdivaca necə baxırlar?

RTV mövzu ilə bağlı sakinlər arasında sorğu keçirib.

Ətraflı sujetdə:

Gülçin Abdullayeva