Azərbaycanlıların Türkiyədən təxliyəsi başladı

Azərbaycanlıların Türkiyədən təxliyəsi başladı Sosial
Koronavirusa görə Azərbaycanla Türkiyə arasındakı uçuşların müvəqqəti ləğv edilməsi ilə bağlı bu gün hər iki ölkənin vətəndaşlarının təxliyəsi prosesi başlayır.

Türkiyənin Azərbaycandakı səfirliyindən News24.az-a verilən məlumata görə, gün ərzində "Türk Hava Yolları" ilə hər iki istiqamətə 2 reys həyata keçiriləcək.

İstanbul-Bakı - 08:55 (Azərbaycan vətəndaşları)
Bakı-İstanbul - 13:45 (Türkiyə vətəndaşları)
İstanbul-Bakı - 16:00 (Azərbaycan vətəndaşları)
Bakı-İstanbul - 20:50 (Türkiyə vətəndaşları)