“Azərişıq” ASC: - Sabah paytaxtın bu ərazisində işıq olmayacaq

“Azərişıq” ASC: - Sabah paytaxtın bu ərazisində işıq olmayacaq Sosial
İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.
Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir. /publika.az/