“AZƏRİŞIQ” ASC-nin əməkdaşını - "TOK" VURUB ÖLDÜRDÜ

“AZƏRİŞIQ” ASC-nin əməkdaşını - "TOK" VURUB ÖLDÜRDÜ Sosial
Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə ölüb.

Məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.
M. Şeydayev hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb./APA/