Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı - AÇIQLANDI

Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı - AÇIQLANDI Sosial
Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər testlər gətirilib”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib. /Report/