Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum oldu – FOTO
Sosial
Xəbər verdiyimiz kimi, Bakıda ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb.
News24.az xəbər verir ki, pasiyentin qəbulu zamanı tibbi müdaxilələrə Ürək-damar cərrahiyyəsi şöbəsi, Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, Reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, həmçinin Qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva, Könül Mirzəyeva və xəstəxananın digər tibb işçiləri cəlb olunublar.
Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkə də geniş müzakirə mövzusuna çevrilib.
Həmin həkimlərin fotolarını təqdim edirik: (Qafqazinfo)