Bakı metrosunda növbəti gecikmə - SIXLIQ YARANDI

Bakı metrosunda növbəti gecikmə - SIXLIQ YARANDI Sosial
Bakı metrosunda qatarların hərəkətində növbəti dəfə gecikmə olub.

News24.az xəbər verir ki, yubanma ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib: "Səhər təxminən 08:30-da Həzi Aslanov stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib. Nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub".