Bakı metrosunda qatar xətdə SAXLANILDI - SƏBƏB

Bakı metrosunda qatar xətdə SAXLANILDI - SƏBƏB Sosial
Səhər saatlarında "İçərişəhər" metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

 "Bakı Metropoliteni " QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb.

Buna görə də, bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb.