Bakıda 9 yaşlı qız itkin düşüb - FOTO

Bakıda 9 yaşlı qız itkin düşüb - FOTO Sosial
Bakıda 9 yaşlı qız itkin düşüb.

Yaxınlarının verdiyi məlumata görə, Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb. Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.
İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub.

 /APA/