Bakıda güclü külək nəticəsində aşan ağacların sayı - AÇIQLANDI - FOTO

Bakıda güclü külək nəticəsində aşan ağacların sayı - AÇIQLANDI - FOTO Sosial

Bakı şəhərinin müxtəlif ərazilərində 27 ədəd ağac aşması müşahidə olunub.

Bu barədə News24.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, birliyin əməkdaşları tərəfindən fəsadlar operativ olaraq aradan qaldırılıb.

Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.


Bakıda güclü külək nəticəsində aşan ağacların sayı - AÇIQLANDI - FOTO