Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi

Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi Sosial

Yeni Klinikada "3-cü Beynəlxalq Fiziotexnoterapiya Konqresi” adlı beynəlxalq konfrans keçirilib.

News24.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən Yeni Klinikanın müvəqqəti direktoru Qalib İmanov konfransın əhəmiyyətindən danışıb.

Tədbirdə həmçinin TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov və Yeni Klinikanın direktor müavini Pərvin Əkbərov çıxış edərək reabilitasiya sahəsində görülən işlər və perspektivlər barədə fikirlərini bölüşüblər.

Konfransda rəsmi şəxslərlə yanaşı, yerli və xarici mütəxəssislər də iştirak ediblər.

Tədbir çərçivəsində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi, geyilə bilən texnologiyalar və digər innovativ yanaşmalar üzrə son elmi tədqiqatlar müzakirə olunub. Bununla yanaşı sözügedən yeniliklərin klinik praktikada tətbiqi imkanlarına da diqqət yetirilib.

Qeyd edək ki, konfransın əsas məqsədlərindən biri müasir reabilitasiya metodlarının inkişafına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsini genişləndirməkdir.

Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi Bakıda reabilitasiya üzrə beynəlxalq konqres keçirildi