Bakıda taxta sexi - YANDI

Bakıda taxta sexi - YANDI Sosial
Bakıda taxta sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta məmulatı, 5 m² sahədə taxta yonqarı və tullantıları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.