Bakının bu hissəsində içməli suyun verilməsində - məhdudiyyətlər olacaq

Bakının bu hissəsində içməli suyun verilməsində - məhdudiyyətlər olacaq Sosial
"Azərsu" ASC əhaliyə xəbərdalıq edib.

Qurumdan News24.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.